Baydenin müşaviri Bakıda səfərdədir

ABŞ prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana səfər edib.

Bu barədə məlumatı ABŞ-nin Bakıdakı səfirliyi öz “Facebook” hesabında paylaşıb.

“Biz COP29-un konfrans ərəfəsində görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək üçün ölkəyə gələn prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı səmimiyyətlə salamlayırıq”, – deyə paylaşımda qeyd olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *