XİN: “Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici mətbuatda dərc edilən Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, – o vurğulayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *