Beş yeni parklanma məntəqəsi yaradıldı

Bakıda yeni parklanma məntəqələri yaradılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA tərəfindən İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni parklanma məntəqəsi artıq istifadəyə verilib.

“Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir”, – deyə məlumatda qeyd olunub.