Bakıda motosiklet piyadanı vuraraq öldürüb

Bakıda motosikletin iştirakı ilə qəza olub.

“Report” xəbər verir ki, hadisə rayonun Səbail rayonu, 20-ci Sahə dairəsində qeydə alınıb.

Bayram Ağalarlı idarə etdiyi “Bajaj” markalı motosikletlə yolu keçən piyada Adəm Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.