Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib – FOTO

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Bu barədə qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Can Azərbaycanı qədim torpağı – Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edir, qazilərimizi minnətdarlıqla xatırlayırıq”, – deyə paylaşımda vurğulanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *