Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı başsağlığı verib.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, – paylaşımda deyilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *