Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, şəhərin İsmət Qayıbov küçəsində “Mersedes-Benz” markalı təcili tibbi yardım maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.

Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.