Xətai rayonunda istilik problemi nə vaxt həll ediləcək? – VİDEO

Paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsindəki iki binanın sakinləri istiliksiz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, istilik verilməsi prosesi noyabrın 15-də başlasa da, bu binalara istilik hələ də verilməyib. Sakinlər iddia edirlər ki, problemin qaynağı ərazidəki parkla əlaqəlidir.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən “Xəzər Xəbər”ə bildirilib ki, ərazidə qəza baş verib və ən qısa müddət ərzində məsələ öz həllini tapacaq.

Sakinlər ümid edir ki, işlər qısa vaxt ərzində yekunlaşacaq.

Ətraflı süjetdə: