2034-cü ildəki futbol üzrə dünya çempionatı yanvarda başlaya bilər

2034-cü ildəki futbol üzrə dünya çempionatı qışda keçirilə bilər.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Mundiala ev sahibliyi etmək üçün müraciət ünvanlayan yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Bu, dekabrın 11-də FIFA-nın Konqresində rəsmən təsdiqlənəcək.

Səudiyyə Ərəbistanında yay aylarındakı istini nəzərə alsaq, turnirin qışda təşkil olunma ehtimalı yüksəkdir.

Yarışın Ramazan ayı ilə üst-üstə düşməməsi üçün dünya çempionatının yanvarın əvvəlində başlaması variantı müzakirə edilir.

Qeyd edək ki, 2022-ci ildəki mundial noyabrın 20-dən dekabrın 18-dək Qətərdə baş tutub.