Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir

Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad edilib.

Bu barədə Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə imzaladığı qanunda deyilir.

Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad edilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *