Kadırov AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə əlaqədar başsağlığı verib

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Başsağlığının mətnini R.Kadırov özünün “Telegram” kanalında yayıb.

“Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm”, – deyə Çeçenistan rəhbəri qeyd edib.

R.Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu da qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *