Sumqayıtda məktəbə gedən 13 yaşlı qız itkin düşdü

Sumqayıtda 13 yaşlı qız itkin düşüb.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Yaşma bağları ərazisində qeydə alınıb.

2011-ci il təvəllüdlü P.C. dekabrın 24-də yaşadığı evdən məktəbə getmək adı ilə çıxıb və itkin düşüb.

Faktla bağlı polisə məlumat verilib.