11 sentyabr hücumlarında ittiham olunan üç nəfər edamdan yayına bilər

ABŞ-də 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında iştirakda ittiham olunan üç nəfər yeni məhkəmə qərarı ilə ölüm cəzasından yayına bilər.

Bu barədə “New York Post” məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 30-da hərbi apellyasiya məhkəməsi avqustda terrorçularla məhkəməyəqədərki razılaşmaya xitam verən Pentaqonun rəhbəri Lloyd Ostinin fərmanını ləğv edib. Üç nəfər – Xalid Şeyx Məhəmməd, Vəlid bin Attaş və Mustafa əl-Həvsəvi edam cəzasını ömürlük həbslə əvəzləmək müqabilində günahlarını etiraf etməyə razılaşıblar.

Məhkəmə gələn həftə keçiriləcək. Ostinin məhkəmənin qərarına etiraz edə biləcəyi bildirilir.
//oxu.az