Fransa hərbçiləri daha bir ölkədən çıxarılır

Kot-d’İvuar Prezidenti Alassan Uattara bildirib ki, Fransa kontingenti ölkədən çıxarılacaq.

Uattara bunu xalqa müraciətində deyib.

“Biz fransız qoşunlarının koordinasiyalı və mütəşəkkil şəkildə çıxarılması barədə qərar qəbul etdik”, – ölkə lideri vurğulayıb.//APA