Bakıda pişiyə işgəncə verən şəxs cəzalandırıldı – YENİLƏNİB (VİDEO)

Polis əməkdaşları tərəfindən pişiyə işgəncə verən 1994-cü ilə təvəllüdlü şəxs müəyyən olunaraq polis şöbəsinə çağırılıb.

Onun barəsində qanunauyğun tədbir görülüb.

* * * * *

Bakıda pişiyə işgəncə verən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hazırda sözügedən hadisə barəsində araşdırma aparılır.

Xatırladaq ki, yanvarın 6-da Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 88 ünvanında yaşayan şəxsin pişiyi balkondan aşağı sallayaraq ona işgəncə verilməsi ilə bağlı görüntülər sosial mediada yayılıb.