Türkiyə klubu çempionatda iştirakdan imtina edib

“Yeni Malatyaspor” Türkiyə I Liqasından çəkilmə qərarı verib.

Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

“Sarı-qaralar” hüquqlarının qorunması şərti ilə çempionatdan çıxma tələblərini Türkiyə Futbol Federasiyasına göndəriblər.

Qeyd edək ki, bir müddət əvvəl FIFA İntizam Komitəsi “Yeni Malatyaspor”un 18 xalını silmişdi.