Ermənistanda məhbus öz dilini kəsib

Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində məhbuslardan biri öz dilini kəsib.

Bu barədə Median.Az erməni KİV-ə istinadən xəbər verir.

Onu belə çarəsiz addım atmağa sövq edən səbəb hələlik bəlli deyil. Bunun onun barəsində açılan cinayət işi ilə bağlı olub-olmaması yaxın vaxtlarda bəlli olacaq.