Ötən il 216 kriminal qrup zərərsizləşdirilib

“Ötən il ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 min 271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib”.

Bu barədə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında bildirilib.

Məlumata görə, xırda talamaların açılmasının nəticələri 3 faiz artaraq 87,5 faizə yüksəlib.