Azərbaycan idmançısı bürünc medal qazanıb

Azərbaycan idmançısı atıcılıq üzrə H&N kubokunda uğurlu çıxış edib.

Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən yarışda bürünc medal qazanıb.

Atıcımız oğlanlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 217.1 xal toplayıb. Bu, turnirdə 7 snayperlə təmsil olunan komandamızın ilk medalı olub.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.