Roma Papasının vəziyyəti pisləşib

Roma Papası Fransisk bronxospazm keçirib ki, bu da təcili tənəffüs yardımı tələb edib.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, bronxospazm qusmaya səbəb olub.

“Bronxospazm tənəffüs orqanlarının fəaliyyətinin pisləşməsinə səbəb olub. Pontifikə invaziv olmayan süni tənəffüs aparatı qoşulub”, – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, 88 yaşlı I Fransisk fevralın 14-dən etibarən ikitərəfli ağciyər iltihabı ilə xəstəxanada yatır.