Mehriban Əliyeva Azərbaycan xalqının İlaxır çərşənbəsini Ağdərədən təbrik etdi – FOTO/VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını İlaxır çərşənbə münasibətilə təbrik edib.

M.Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

Ağdərə rayonunun Həsənriz kəndindən video və foto yerləşdirilən paylaşımda Birinci vitse-prezident qeyd edib:

“Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *