Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı oyun baş tutacaq.
Litva millisi Finlandiyanı, Albaniya yığması Andorranı, Bosniya və Herseqovina millisi Kipri, İngiltərə yığması Latviyanı, Polşa millisi Maltanı, San-Marino isə Rumıniyanı qəbul edəcək.
Qeyd edək ki, seçmə mərhələnin mart siklinə ayın 25-də altı oyunla yekun vurulacaq.
24 mart
Saat 21:00, Litva – Finlandiya;
Saat 23:45, Albaniya – Andorra;
Saat 23:45, Bosniya və Herseqovina – Kipr;
Saat 23:45, İngiltərə – Latviya;
Saat 23:45, Polşa – Malta;
Saat 23:45, San-Marino – Rumıniya.
