Masallıda maşın divara çırpılıb, 1 nəfər xəsarət alıb

Masallıda yol qəzası olub.

Hadisə rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib. “Opel” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarətlər alıb.

Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma gedir.

//APA