Bakıda yol-nəqliyyat hadisəsi olub – İşıqfor yararsız vəziyyətə düşüb

Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, qəza nəticəsində 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.

Qeyd olunub ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi ilə bağlı işlər görüləcək.