Abşeronda yaşayış evində qadın meyiti tapılıb

Abşeron rayonunda 64 yaşlı qadının meyiti tapılıb.

Hadisə Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb.

1961-ci il təvəllüdlü Validə Əbülfəz qızı Məstiyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.