Azərbaycanda məşhur müğənniyə YÜKSƏK RÜTBƏ VERİLDİ – FOTO

Əməkdar artist Zaur Əmiraslanovun hərbi rütbəsi artırılıb.

Median.Az Titul.az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Daxili Qoşunların solisti olan 44 yaşlı tanınmış müğənniyə mayor hərbi rütbəsi verilib.

Qeyd edək ki, Z.Əmiraslanov 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.