Özbəkistanda məsciddə partlayış: Ölənlər var

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlaması nəticəsində ölənlər və yaralananlar var.

Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Partlayış nəticəsində üç vətəndaş həlak olub, 10 vətəndaş yaralanaraq tibb müəssisələrinə aparılıb”, – deyə məlumatda bildirilib.