Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 2-də başa çatıb.

Median.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *