Lionel Messinin mövsümdəki ilk dublu komandasını yarımfinala yüksəltdi

KONKAKAF Çempionlar Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

İlk oyunda 1:0 hesabı ilə uduzan “İnter Mayami” cavab qarşılaşmasında “Los-Anceles”i məğlub edib – 3:1.

Lionel Messi qələbənin memarlarından olub.

Belə ki, dünya çempionu matçın 35-ci dəqiqəsində hesabı bərabərləşdirib. 84-cü dəqiqədə isə penaltini qola çevirərək dubla imza atıb.

Qeyd edək ki, bu, Messinin cari mövsümdəki ilk dubludur.