Ceyhun Bayramov: “ATƏT-ə üzv ölkələrin daha çevik addımlar atmasını təşviq edirik”

“Azərbaycan 30 il ərzində aqressiya, işğal, ərazi bütövlüyünün pozulması kimi problemlərlə üzləşmişdi. Ona görə də biz bu istiqamətlərdə ATƏT-ə üzv ölkələrin daha çevik addımlar atmasını təşviq edirik”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə regionda yeni status-kvo yaranıb:

“Bununla da Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra artıq münaqişə səhifəsini bağlayıb, sülh qurmaq təşəbbüsü ilə çıxış edib”.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *