Küləyə görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları bütün məlumat-sürət tablolarında “güclü külək” işarəsi qoyublar.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunub.