Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvətləri Donetsk vilayətində yaşayış məntəqəsini tutub.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatı “Qərb” qoşun qruplaşmasının bölmələri həyata keçiriblər.

“Donetsk vilayətindəki Novoye yaşayış məntəqəsini nəzarətə götürülüb”, – deyə məlumatda bildirilib.