Gədəbəydə 49 yaşlı qadın bıçaqlanıb

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü N. Əsədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.