Paşinyan növbədənkənar parlament seçkisi ilə bağlı danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkisinin keçirilməsinə təşəbbüs göstərmək niyyətində olmadığını bildirib.

Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.

“Biz növbədənkənar parlament seçkisi keçirmək niyyətində deyilik. Hökumət planlaşdırılmış rejimdə işləyir”, – deyə Paşinyan qeyd edib.

O, həmçinin “bu söz-söhbətləri” vətəndaşlarla “vasitəçilər olmadan” aktiv ünsiyyətdə olması ilə izah edib.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkisi 2026-cı ilin iyun ayına təyin edilib.