Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə 13 may saat 11:00-dan sənəd qəbulu prosesinə başlanılıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

Qəbul iyunun 2-də başa çatacaq.