Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsi vəfat etdi

Azərbaycan Tibb Universitetinin tələbəsi dünyasını dəyişib.

Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Ramin Süleymanlı uzunsürən xəstəlikdən sonra vəfat edib.