Azərbaycan Prezidenti: “Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk”

“Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk”.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib.

“Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, – deyə dövlətimizin başçısı əlavə edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *