Bakıdan Sumqayıta gedən sürət qatarlarında yubanma var

Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt qatarlarının hərəkətində yubanma var.

Oxu.az-a bu barədə paytaxtdan “Gənclər şəhəri”nə gedən sərnişinlər xəbər veriblər.

Onların sözlərinə görə, hər iki istiqamətdə qatarın olmaması Bakı Dəmiryol Vağzalına çox sayda insanın toplanmasına səbəb olub.

Bakıdan Xırdalan istiqamətində 18:35-də yola düşməli olan qatar platformaya gəlməyib, bütün sərnişinlər 18:45 qatarına minməli olublar.

Digər istiqamətə qatar verilməyib.