Ermənistanda səs-küylü qanunvericilik təşəbbüsü: Hərbi xidmət üçün yaş həddi artırıla bilər

İrəvanda parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komitəsinin iclasında hərbi xidmətdə olmanın yuxarı yaş həddinin 27-dən 37-yə qaldırılması ilə bağlı rezonans doğuran qanunvericilik təşəbbüsü müzakirə olunub.

Bu barədə Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, söhbət “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər və əlaqəli qanunlara düzəlişlərlə bağlı qanun layihələri paketindən gedir.

Layihəni müəllifin özü – hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Ayk Sarqsyan təqdim edib.