“Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb

Baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” klubu 2 futbolçu ilə yeni müqavilə imzalayıb.

Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kristian Avram və İssuf Paro növbəti mövsümdə də komandanın formasını geyinəcəklər. Qolkiperlə 1, müdafiəçi ilə “1+1” il müddətinə anlaşma əldə olunub.

Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.