Qubada bir nəfər suvarma kanalında batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Quba şəhərində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.