Pakistanda zəlzələ zamanı 100-dən çox məhbus həbsxanadan qaçıb

Pakistanın Karaçi şəhərində zəif zəlzələ zamanı təxliyə edilən 100-dən çox məhbus həbsxanadan qaçıb.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı rəsmi şəxslərə istinadən məlumat verib.

“100-dən çox məhbus həbsxanadan qaçıb və zəif zəlzələnin ardınca müvəqqəti olaraq kameralardan çıxarıldıqdan sonra baş verən atışmada ən azı bir nəfər öldürülüb”, – deyə məlumatda bildirilir.

Polisin məlumatına görə, Sind əyalətində ümumilikdə 216 məhbus qaçmağa cəhd edib, onlardan 78-i tutulub. Bundan əlavə, atışma zamanı bir məhbus öldürülüb, üç təhlükəsizlik əməkdaşı yaralanıb.