Ukrayna prezidentinin ofis rəhbəri ABŞ-a səfər edəcək

Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak ABŞ-a səfər edəcək.

Median.Az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu mənbə bildirib.

“Ofisin rəhbəri Andrey Yermak ABŞ-a uçur”, – mənbə bildirib.

Səfərin məqsədi dəqiqləşdirilmir.

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ABŞ tərəfi ilə iqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, Ukrayna ABŞ-a azad ticarət haqqında sazişlər də təklif etmək istəyir.