Qurban bayramında toyuq, xoruz kəsmək olar?

Sabah Qurban bayramıdır. Bir çox insan heyvan kəsməyə hazırlaşır.

İnsanlar arasında bayramda xoruz, toyuq və digər quşlardan qurban kəsilməyin mümkün olub-olmadığı barədə müzakirələr aparılır.

Toyuq, xoruz, yaxud quş kimi heyvanları qurban kəsilmək olarmı?

Bu suala cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullah ilə əlaqə saxladıq.

Ekspert Bakuws-ə açıqlamasında bildirdi ki, İslamda toyuq, xoruz və digər quşları qurban kimi kəsmək, ümumilikdə Qurban bayramı və ya nəzir qurbanı məqsədilə caiz deyil:

“Qurban yalnız Qurban bayramı günündə halal dördayaqlı heyvanlar – qoyun, inək, camış və dəvə – üçün keçərlidir. Baxmayaraq ki, toyuq və xoruz kəsilib yeyilə bilər, kiməsə ehsan da edilə bilər, lakin bu əməl qurban sayılmır”.