UFC yeni turnir keçirəcək

Mütləq Döyüş Çempionatı (UFC) Braziliya ciu-citsusu üzrə özünün turnir seriyasına start verib.

Median.Az sport24.ru saytına istinadla xəbər verir ki, bu çərçivədə iyunun 25-də “UFC BJJ” liqasının debüt turniri keçiriləcək.

İlk turnirdə ən yüngül, yüngül və orta çəki dərəcələrində çempionlar müəyyənləşəcəklər.

“UFC BJJ 1″in əsas hadisəsi Mayki Muzumeçi və Rerisson Qebriel arasında döyüş olacaq.