Türkiyədə zəlzələ oldu

Türkiyənin Sivas vilayətinin Gürün rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.

Hadisə ilə bağlı hazırda əlavə məlumat verilməyib. Rəsmilər vəziyyəti nəzarətdə saxladıqlarını bildirirlər.