Yeni tədris ili üzrə 113 minə yaxın uşaq 1-ci sinfə qəbul olunub

2025-2026-cı tədris ili üzrə bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, proses sentyabrın 12-nə qədər davam edəcək.