Gəncədə hamamda qaz partladı – Xəsarət alan var

Gəncədə qaz partlayıb, qadın yanıq xəsarəti alıb.

Hadisə rayonun ərazisində baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
//unikal.az