UEFA Çempionlar Liqası: “Qarabağ”ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq

UEFA Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq “Qarabağ”ın 2025/26 mövsümündəki ilk rəqibi bu gün müəyyənləşəcək.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi saat 14:00-da start götürəcək.

Bir gün əvvəl isə birinci təsnifat mərhələsinin cütləri bəlli olub.

Püşkatma mərasimi “CBC Sport”da canlı yayımlanacaq.

Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları 8-9 və 15-16 iyulda, ikinci mərhələnin matçları 22-23 və 29-30 iyulda, üçüncü təsnifat mərhələsi 5-6 və 12 avqust, pley-off oyunları isə 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.