Lənkəranda qəzada xəsarət alan 5 ailə üzvünün vəziyyəti açıqlanıb

Lənkəran-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 qadın, 1 kişi bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.

Məlumata əsasən, hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib, yaralılardan biri vəziyyətinə uyğun olaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib, digər 4 nəfərin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.